Həyətində cins itlər saxlayır VİDEO


Digərləri 28 Apr 2018 22:08:00 362 0

Həyətində cins itlər saxlayır  VİDEO

İnsana ən yaxın və sadiq heyvan kimi tanınan itləri sevənlər çoxdur. Ancaq Gəncədə yaşayan kinoloq Nemət Əliyev qədər onların dilini bilən insanı tapmaq o qədər də asan deyil. Onu illərdir ki, Gəncə və ətraf ərazilərdə bu sahənin mahir bilicisi kimi tanıyırlar.

Son.az bildirir ki, Nemət Əliyev itlərə əmrlərə tabe olmagı öyrədir, onların qayğısına qalır.

Kinoloq bu işə gənclik illərində aldığı bir alman itinin nəslinin artırılması ilə başlayıb. Müxtəlif cins it bəsləməklə məşğul olan Nemət Əliyevin sözlərinə görə, itlər 4 qrupa - dekorativ, ov, keşik və xidməti növlərə bölünür. Bu qrupların hər birinə isə onlarla cins it daxildir.

Mütəxəssis deyir ki, Azərbaycanın yerli cinsləri yüksək keyfiyyətlərə malikdir. Buna baxmayaraq xarici cinslər getdikcə populyarlaşır, daha çox maraq cəlb edir.