"Mən müsəlman qadınam, haqqımda yazılanların heç biri doğru deyil" Mustafanın arvadı


Digərləri 28 Apr 2018 22:12:00 369 0

"Mən müsəlman qadınam, haqqımda yazılanların heç biri doğru deyil"  Mustafanın arvadı

Müğənni Mustafa Sandalın boşanmaq üzrə olduğu serb xanımı Emina ölkəsində qəzetlərdən birinə müsahibə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı ayrılıq qərarından sonra ilk dəfə Mustafa ilə münasibəti barədə açıqlama verib:

"On aydır birlikdə yaşamırıq. Ərimə xəyanət etməmişəm. Mustafa ilə nümunəvi cütlük idik, amma müəyyən bir yerdə aramızdakı sevgi bitdi. Boşanmaq kiçik ölüm deməkdir. Birlikdə etdiyin hər şeyin ölümü... İki il əzab çəksəm də, səsimi çıxarmadım. Elə bir vaxt çatdı ki, "Ya onunla qalıb xəstə olacağam, ya da riskə girib gedəcəyəm" dedim.