Hindistan təyyarəsi Moskvada ön şassisi açılmadan uğurlu eniş edib - VİDEO


Dünya 28 Apr 2018 21:40:35 270 0

Hindistan təyyarəsi Moskvada ön şassisi açılmadan uğurlu eniş edib - VİDEO

Yanğın baş verməyib, xəsarət alan yoxdur

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "İl-38" təyyarəsi Moskvaətrafı Jukovski aeroportuna qəza enişi edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "İlyuşin" korporasiyasının korporativ kommunikasiyalar departamenti məlumat yayıb.

"İl-38" təyyarəsi ön dayaq şassisi açılmadan uğurlu eniş edib. Yanğın və alov yoxdur", - deyə məlumatda bildirilir.

"İl-38" hava limanına ilk cəhddə eniş edə bilməyib. O, demək olar ki, uçuş-eniş zolağına toxunsa da, sonradan ikinci dövrəni vurmaq üçün havaya qalxıb.

Göyərtədə təcrübə keçən təyyarəçilərdən ibarət 7 heyət üzvü olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.