Təyyarə Moskvada ön şassisi açılmadan uğurlu eniş edib


Digərləri 28 Apr 2018 21:50:00 237 0

Təyyarə Moskvada ön şassisi açılmadan uğurlu eniş edib

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "İl-38" təyyarəsi Moskvaətrafı Jukovski aeroportuna qəza enişi edib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "İlyuşin" korporasiyasının korporativ kommunikasiyalar departamenti məlumat yayıb.

"İl-38" təyyarəsi ön dayaq şassisi açılmadan uğurlu eniş edib. Yanğın və alov yoxdur", - deyə məlumatda bildirilir.

"İl-38" hava limanına ilk cəhddə eniş edə bilməyib. O, demək olar ki, uçuş-eniş zolağına toxunsa da, sonradan ikinci dövrəni vurmaq üçün havaya qalxıb.