Lənkəranda ilk VİDEO


Digərləri 28 Apr 2018 21:35:00 283 0

Lənkəranda ilk  VİDEO

Lənkərən rayonunda ilk dəfə olaraq Yaponiyadan gətirilən yüksək məhsuldarlığa malik çay çilingləri əkilib.

Son.az bildirir ki, çayçılığın inkişafını sürətləndirmək və intensiv çay bağlarının salınması üçün lənkəranlı fermerlər xarici ölkə mütəxəssislərinin təcrübəsini öyrənirlər.

İndiyə qədər ölkəmizin çay təsərrüfatlarında yalnız toxum üsulu ilə əkindən istifadə olunurdu. Bu il isə rayonda ilk dəfə olaraq Yaponiyadan gətirilmiş yüksək məhsuldarlıqlı çay çilingləri əkilib.

Yeni sortların əkin üsulu da fərqlidir. Belə ki, cərgələr polietilen örtüklərlə örtülür, daha sonra xüsusi alət vasitəsilə torpaq üzərindəki həmin örtüklərdə deşiklər açılmaqla çilinglərin əkini həyata keçirilir.