Dünyanın ən varlı insanının varidatı bir gündə 9 milyard dollar artıb


Digərləri 28 Apr 2018 19:44:00 227 0

Dünyanın ən varlı insanının varidatı bir gündə 9 milyard dollar artıb

"Forbes" jurnalının versiyasına görə, dünyanın ən varlı insanı - "Amazon" riteylerinin başçısı Ceff Bezosun varidatı aprelin 27-də kompaniyanın kvartal hesabatı dərc olunduqdan sonra 9 milyard dollar artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin gün keçirilən hərracların nəticəsinə əsasən, online-riteylerinin aksiyaları 3,6 faiz bahalaşıb. Bununla da, Bezosun varidatı 130,2 milyard dollara çatıb. Biznesmen əsasını qoyduğu "Amazon" kompaniyasının aksiyalarının 16 faizinə sahibdir və onun varidatının 95 faizi internet nəhənginin qiymətli kağızlarının dəyərindən asılıdır.

"Amazon" kompaniyası 2018-ci ilin ilk kvartalın nəticəsinə əsasən təmiz gəlirinin 2,25 dəfə artdığını elan etdikdən sonra online-riteylerin qiymətli kağızlarının dəyəri də artmağa başlayıb.