Serj Sərkisyanın partiyası Ermənistanda baş nazir postuna namizəd irəli sürməyəcək


Dünya 28 Apr 2018 19:25:00 226 0

Serj Sərkisyanın partiyası Ermənistanda baş nazir postuna namizəd irəli sürməyəcək

Ermənistanda sabiq prezident və sabiq baş nazir Serj Sərkisyanın lideri olduğu hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu bu gün parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

E. Şarmazanov deyib ki, bu gün sabiq baş nazir Serj Sərkisyan və baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında görüş keçirilib. Görüşdə ölkədəki daxili siyasi vəziyyət və baş nazir seçkiləri ilə bağlı məsələ müzakirə olunub: "Bu görüşdə Respublika Partiyasının baş nazir postuna namizəd irəli sürməməsi barədə qərar verilib. Biz mayın 1-də parlamentdə səsvermə keçirilənə qədər irəli sürüləcək bütün namizədlərlə bağlı müzakirə aparacağıq. Bizim 30 aprel saat 18:00-a qədər vaxtımız var. Partiya yalnız dövlət maraqlarından  çıxış edəcək. Biz hazırda Nikol Paşinyandan başqa baş nazir postuna namizədlərin olub-olmadığını bilmirik.  "