"Çoxmərtəbəli binada yanğının söndürülməsinə 25 texnika cəlb edilib"


Digərləri 28 Apr 2018 16:48:00 215 0

"Çoxmərtəbəli binada yanğının söndürülməsinə 25 texnika cəlb edilib"

Bakıda çoxmərtəbəli binada baş verən yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub: "Yanğın 3 saatdan artıq davam edib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdır. Bu, iri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".