Vergilər Nazirliyi: Bəzi hallarda vergi qanunvericiliyi tələbləri pozulur, vergilər vaxtında və düzgün ödənilmir


Digərləri 28 Apr 2018 16:46:00 246 0

Vergilər Nazirliyi: Bəzi hallarda vergi qanunvericiliyi tələbləri pozulur, vergilər vaxtında və düzgün ödənilmir

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Bakı. Aprelin 28-də Bakı Baş Gömrük İdarəsində Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.