“CinemaPlus”da peşəkar Azərbaycan dublyajı ilə animasiya filmi nümayiş olunur


Digərləri 28 Apr 2018 15:24:00 293 0

“CinemaPlus”da peşəkar Azərbaycan dublyajı ilə animasiya filmi nümayiş olunur

Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus"da 2018-ci ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş "Quşcuğazlar" İslandiya və Belçika istehsalı olan animasiya filminin nümayişi baş tutub.

Filmi səsləndiriblər: İslam Mehrəliyev, Kəmalə Piriyeva, Əlixan Rəcəbov, Erkin Ergin, Kamran Ağabalayev, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova və Vüsal Hacıqədir.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ailəvi komediya cizgi filminin rejissoru Arni Asgeirssondu.