Azərbaycan Qran Prisində üçüncü sərbəst yürüş yekunlaşdı


İdman 28 Apr 2018 15:17:00 280 0

Azərbaycan Qran Prisində üçüncü sərbəst yürüş yekunlaşdı

“Ferrari”in almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb.

Goal.az xəbər verir ki, almaniyalı pilot 1 saat 43 dəqiqə 0,91 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. “Mercedes”in sürücüsü Lüis Hemilton ikinci, “Ferrari”nin digər pilotu Kimi Raykkonen isə üçüncü yeri tutub. 

İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, bu gün saat 17:00 - 18:00-da isə sıralama turu olacaq.