“Mənə 7 min təklif edən oldu” Ceyhun VİDEO FOTO


Şou-biznes 28 Apr 2018 15:12:00 245 0

“Mənə 7 min təklif edən oldu”  Ceyhun  VİDEO  FOTO

Son.az bildirir ki, ARB Ulduz-un "Virtual həyat" proqramının növbəti müsahibi müğənni Ceyhun Qala olub.

Müğənni bildirib ki, müğənnilər yaxşı mahnı üçün pul xərcləmək istəmirlər:

"Yaxşı mahnıya pul xərcələmək lazımdır. Mən bu sözü bütün müğənnilərə deyirəm. Onlar mahnıya pul xərcləmirlər. İnsan özü öz işinə qiymət verirsə, o, ucuz ola bilməz. "Mən sənə görə" mahnısını niyə başqasına vermədim? Niyə satmadım? Mənə bu mahnı üçün 7 min manat təklif edən oldu.

Sözümü deyirəm, altından da imzamı atıram. Əgər yaxşı mahnı istəyirsizsə, pul xərcləməlisiz. Maraq yaratmalısız. Kimsə gitara ilə ağzına gələn sözlərlə mahnı ifa edib göndərir, olmaz! Bu, sənətçinin yaradıcılığına ziyandır".

Ceyhun, ona saysız-hesabsız aşağı səviyyəli mahnılar gəlsə də, qəbul etmədiyini, ancaq bəzilərinin həmin ifaları baş tacı olaraq gördüyünü etiraf etdi:

"Bir -birilərindən mahnı götürüb oxumaq olmaz. Müğənninin bəlli repertuarı, tərzi olmalıdır. Bu, yaxşı mahnıdır, elə bunu oxuyum, belə olmaz! Mən məsləhət vermirəm. Mənim repertuarımda sevilən mahnılarım var. Mənim votsapıma mahnılar göndərirlər. İnanın ki, çox ucuz qiymətə və ya tam pulsuz verirlər. Mən o mahnıları niyə oxumuram? Mən onu sizə versəm, siz həmin mahnını havayı oxuyacaqsız".


Xəbərə aid foto