Mourinyo günahını etiraf etdi


İdman 28 Apr 2018 14:46:00 333 0

Mourinyo günahını etiraf etdi

Manchester United'in baş məşqçisi Joze Mourinyo İngiltərə Liqa kubokunun finalında Chelsea ilə keçiriləcək oyundan danışıb.

Goal.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis düşünür ki, onun qazandığı uğurlar komanda üzərində təzyiq yarada bilər:

"Bu, mənim günahımdır. Çünki karyeram qələbələr üzərində qurulub. İndi isə artıq bir ildir ki, titul qazana bilmirəm. Bu, mənim üçün daha çətindir, nəinki heç vaxt titul qazanmamaq. Karyeramda heç vaxt mövsümü titulsuz başa vurmamışam”.

Qeyd edək ki, kubokun finalı mayın 19-da “Uembli” stadionunda keçiriləcək.