CinemaPlusda “Təhlükəli biznes” filmi Azərbaycan dublyajı ilə


Digərləri 28 Apr 2018 13:28:00 247 0

CinemaPlusda “Təhlükəli biznes” filmi Azərbaycan dublyajı ilə

Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus"da 2018-ci ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş "Təhlükəli biznes" Avstraliya və ABŞ istehsalı olan filminin nümayişi baş tutub.

Filmi səsləndiriblər: Əlixan Rəcəbov, Kamran Ağabalayev, Elşən Rüstəmov, Sevda Novruzlu Biyik, Vüsal Murtuzəliyev, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova, Vüqar Hüseynov, Vüsal Hacıqədir, Müşfiq Mirzəyev, Vüsal Xalıqoğlu və Xumar Quluzadə.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ekran əsərin rejissoru Neş Edqertondir. Baş rolları Coel Edgerton, Şarliz Teron və Devid Oyeloyo ifa edirlər.