"Yalanınız yaxın adamlarınızı xoşbəxt edərsə..."


Şou-biznes 28 Apr 2018 12:30:00 260 0

"Yalanınız yaxın adamlarınızı xoşbəxt edərsə..."

"Bu gün" filmi bir ailənin tarixçəsindən, həmin ailənin əlamətdar günlərinin birindən bəhs edir.

Bu sözləri Son.az-a açıqlamasında xalq artisti Bəsti Cəfərovanın qızı rejisor-aktrisa Fidan Cəfərova yeni çıxacaq qisafilmi haqqında deyib.

"Ev səliqə-sahmana salınıb, geyimlər səliqə ilə ütülənib. Amma müəyyən sükut və ya müəmma, bu ailənin yaşamalı olduğu, vacib bir hadisəni əhatə edir.

Əgər yalanınız yaxın adamınızı xoşbəxt edərsə, siz o yalanı danışardınızmı?" - gənc rejisor filmin mövzusu haqqında deyib.

Filmin rejisoru və senaristi Fidan Cəfərova, idea müəllifi Şəhriyyar Atababayev (Xpert), baş prodüseri Ağarəhim Poladov, rəng korreksiyası və quruluşçu operatoru Eshad Delavari, səs rejisoru Emin Euro(həm də filmin bəstəkarı) və Şamxal Novruzlu, redaktoru Məsumə Əhədova, geyim rəssamı Leyla Muradovadır.


Xəbərə aid fotolar