Ermənistanda etirazlar davam edir - bu dəfə 2 şəhərdə


Digərləri 28 Apr 2018 12:35:00 252 0

Ermənistanda etirazlar davam edir - bu dəfə 2 şəhərdə

Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

Bakı. Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar. Trend-in məlumatına görə, N.Paşinyan "Facebook" səhifəsində yazıb: "Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək".