Bakıda kafe sahibi yüksək musiqi səsinə görə cərimələndi


Digərləri 28 Apr 2018 11:36:00 270 0

Bakıda kafe sahibi yüksək musiqi səsinə görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən "Beer Kode" kafesindəki  musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.