Bakıda mağazaya silahlı basqın olub (FOTO)


Digərləri 28 Apr 2018 10:34:00 204 0

Bakıda mağazaya silahlı basqın olub (FOTO)

Bakıda mağazaya silahlı basqın edən şəxslər saxlanılıb.

Bakı. Samir Əli - Bakıda mağazaya silahlı basqın edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.