Cəlilabadda avtomobil malqaranı vurub, 5 inək tələf olub


Digərləri 28 Apr 2018 09:50:00 258 0

Cəlilabadda avtomobil malqaranı vurub, 5 inək tələf olub

Cəlilabad rayonunda avtomobil mal-qaranı vurub. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistral yolunun bu rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil mal-qara sürüsünü vurub. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Qəza nəticəsində azı 5 inək tələf olub.

Faktla bağlı araşdırma aparılır.