Azərbaycanda yük və minik avtomobilləri toqquşub:


Digərləri 28 Apr 2018 08:56:00 206 0

Azərbaycanda yük və minik avtomobilləri toqquşub:

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, "KaMAZ" markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb.

Hər iki meyit morqa gətirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son.azc