Yeni şahzadəyə ad qoydular


Digərləri 27 Apr 2018 23:21:00 290 0

Yeni şahzadəyə ad qoydular

Aprelin 23-də doğulan Britaniya taxt-tacının 6-cı varisinin adı bəlli olub.

Son.az axşam.az-a istinadən bildirir ki, şahzadə Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü uşaqlarının adını açıqlayıb. Səsləndirilən iddialar arasında Albert, Artur olsa da, kral ailəsi yeni şahzadəyə Lui Artur Çarlz adını qoyub. Xatırladaq ki, Uilyamla Keytin böyük oğlunun tam adı da Georq Aleksand Luidir. Bu ad kraliça II Yelziavettanın atası kral VI Georqa məxsusdur. Lui adı isə şahzadə Filippin dayısı Luis Mauntbettenin adından götürülüb.