İsmayıllıda maraqlı layihə VİDEO


Digərləri 27 Apr 2018 22:26:00 241 0

İsmayıllıda maraqlı layihə  VİDEO

İsmayıllı rayonunda kitabxana əməkdaşlari "Gəlin kitab oxuyaq" devizi altında maraqlı layihə həyata keçiriblər.

Son.az bildirir ki, fiziki məhdudiyyətli insanlar və kitabxanalara gəlmək imkanları olmayanlar üçün kitabxanaçılar kitabları alıb, onların evlərinə gediblər. Maraqlı əsərlər və şeirlər oxumaqla onlarda kitaba maraq oyadıblar.

Xezerxeber.az-ın məlumatına görə, təşkilatçılar parklar, xəstəxanalar və evləri gəzir, kitab oxumağı təbliğ edirlər.

Yaşlılara və kitab oxumağı bacarmayanlara isə özləri şeir və hekayələr oxuyurlar.

İsmayıllı Rayon Mərkəzləşmiş Kitabxananın kollektivi "Gəlin kitab oxuyaq" adlı layihə həyata keçirib. Fiziki məhdudiyyətli, xəstə və yaşlı insanların kitabxanaya gəlmək imkanı olmadığından kitabxana əməkdaşları evlərdə və xəstəxanalarda onlara baş çəkir və kitab oxuyurlar.