Tamaşaçı: Azərbaycanlı gimnastlara dünya Kubokunda yüksək nəticələr əldə etməyi arzulayıram


Digərləri 27 Apr 2018 22:08:00 232 0

Tamaşaçı: Azərbaycanlı gimnastlara dünya Kubokunda yüksək nəticələr əldə etməyi arzulayıram

Çox istəyirəm ki, azərbaycanlı gimnastlar yüksək yerlər tutsunlar.

Bakı. Cani Babayeva - Çox istəyirəm ki, azərbaycanlı gimnastlar yüksək yerlər tutsunlar. Bunu Trend-ə Bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Sərxan Axundov deyib. O bildirib: "Komandamıza azarkeşlik edirəm, gimnastlarımıza yüksək nəticələr əldə etməyi arzulayıram. Bilirəm ki, Dünya Kubokunda rəqabət böyükdür, ancaq biz hamımız idmançılarımıza inanırıq və hər zaman onlara dəstək olmağa hazırıq". Sərxan Axundov qeyd edib ki, Dünya Kubokunun təşkil olunması çox yaxşıdır və o, yarışmaları böyük maraqla izləyir: "Tədbirə xüsusi ab-havanı hamının əhvalını qaldıran maskot Qur-Qur qatır".