Ermənistan müstəqilliklə Rusiya vassallığı arasında seçim edəcək Paşinyan VİDEO


Dünya 27 Apr 2018 21:59:00 244 0

Ermənistan müstəqilliklə Rusiya vassallığı arasında seçim edəcək  Paşinyan  VİDEO

"Karen Karapetyan öz gücünə əmin deyil. Bir insan ki, ölkənin daxili işlərini özü həll edə bilmir, Qarabağla bağlı məsələni necə həll edəcək?"

Son.az bildirir ki, bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, növbədənkənar parlament seçkilərində Ermənistan Nikol Paşinyan və Karen Karapetyan arasında yox, müstəqilliklə Rusiya vassallığı arasında seçim edəcək.

Müxalifət lideri etiraz aksiyalarının niyə Gümrüdən başladığına da işarə verib.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Paşinyan etiraz aksiyalarının Gümrüdən başladılmasının simvolik məna daşıdığını deməklə Moskvaya sətiraltı mesaj verib.

Müxalifət lideri etiraz aksiyalarının paytaxtda bir neçə günlük dayandırldığını, aprelin 28-də isə mitinqlərin Vanadzorda davam etdiriləcəyi, mayın 1-dən isə daha böyük etiraz dalğasının başlayacağını bəyan edib.