Avtomobil üç piyadanı vurub


Digərləri 27 Apr 2018 21:45:00 224 0

Avtomobil üç piyadanı vurub

Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Bakı" prospektində baş verib.

"Nissan" markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.