Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib FOTO


Digərləri 27 Apr 2018 21:09:00 274 0

Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib  FOTO

Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, pedaqoq, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Son.az bildirir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin birlikdə təşkil etdikləri dəyirmi masanı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova açıb. O, görkəmli ədib Mir Cəlal Paşayevin həyat və yaradıcığından, pedaqoji fəaliyyətindən ətraflı məlumat verib.


Xəbərə aid fotolar