Goranboy sakini döyüldü


Digərləri 27 Apr 2018 20:51:00 217 0

Goranboy sakini döyüldü

Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.