“Gazelli Group” və IDEA Heyvanlara Qayğı Mərkəzi xeyriyyə aksiyasına start verib


Digərləri 27 Apr 2018 20:27:00 413 0

“Gazelli Group” və IDEA Heyvanlara Qayğı Mərkəzi xeyriyyə aksiyasına start verib

Aprelin 27-də "Gazelli Group" şirkəti və IDEA Heyvanlara Qayğı Mərkəzinin evsiz heyvanlara yardıma yönəlmiş birgə xeyriyyə aksiyasına start verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihə barədə "Gazelli Group" şirkətinin nümayəndəsi Tofiq Feyzullayev məlumat verib. O bildirib ki, "Gazelli Group" şirkəti, bu layihəyə dəstək olaraq, xeyriyyə aksiyasının keçirilməsinə dair qərar qəbul edib və bu məqsədlə, unikal, müalicəvi bitkilərdən hazırlanmış 6 cövhərli şampun və duş gelinin məhdud seriyasını istehsal edib. Satışların start nöqtəsi "Gənclik Mall" ticarət mərkəzində yerləşən IDEAL mağazası olacaq. Məhsulları seçmək çox asandır - qara flakonların üzərində it təsvirləri var. "Gazelli Group" şirkətinin bu məhsullarını əldə edərək, siz gələcəyə töhfə verməklə, sığınacaqda yaşayan heyvanlara ümid bəxş edirsiniz. Bu kosmetika məhsullarının satışından əldə edilən pullar IDEA Heyvanlara Qayğı Mərkəzinin hesabına köçürüləcək.

Böyük və kiçik şəhərlərin küçələrində evsiz heyvanlar olur. Bu isə insanların "kiçik dostlarımıza" qarşı qəddarlığının və laqeydliyin bariz nümunəsidir. Bu problem yalnız bizim region deyil, həm də bütün dünyada aktualdır. Bunun isə iki tərəfi var: həm ekoloji təhlükə, həm belə heyvanlardan əhalinin sağlamlığı üçün təhlükə və əlbəttə ki, aclıqdan, xəstəliklərdən və ya qəddar rəftardan ölən heyvanların özlərinin acınacaqlı vəziyyəti...

2017-ci il martın 1-də evsiz heyvanlarla bağlı ölkədə yaranmış kritik vəziyyətin həlli istiqamətində böyük bir addım atıldı - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı baş tutdu. Evsiz pişiklər və itlərin taleyinə laqeyd yanaşmayanlar, bu mərkəzə böyük ümidlər bəsləyir. Bu mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır.


Xəbərə aid fotolar