İlk azərbaycanlı epidemioloq alim kim olub?


Digərləri 27 Apr 2018 20:18:00 272 0

İlk azərbaycanlı epidemioloq alim kim olub?

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq alim İsmayıl Axundov haqqında məqalə əsaslı redaktə olunub. 

Xatırladaq ki, Azərbaycanda tropikologiya sahəsində ilk professor olan İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olub. 1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olan İsmayıl Axundov 1920-ci ilin əvvəlində dövlət hesabına Almaniyaya - Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakültəsinə - təhsilini davam etdirməyə göndərilir. 1952-ci ildə Moskvada mehmanxanada baş verən yanğın onun həyatına son qoyur. Vaxtsız ölüm malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra əsaslı tədqiqat işlərinin müəllifi, eyni zamanda yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmış aazərbaycanlı professor İsmayıl Axundovun yüksək elmi və humanist ideallar uğrunda apardığı işləri də yarımçıq qoyur.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: