Ermənistan prezidenti BMT baş katibi ilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib


Dünya 27 Apr 2018 19:55:00 229 0

Ermənistan prezidenti BMT baş katibi ilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Armen Sarkisyan Antonio Guterreşə ölkədə baş verən siyasi proseslər barədə məlumat verib

Ermənistan prezidenti Armen SarkisyanlaBMT baş katibi Antonio Guterreş arasındatelefon danışığı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflərölkədəki vəziyyəti müzakirə ediblər.

"Armen Sarkisyan ölkədə baş verən siyasi proseslərdən danışaraq konstitusiya, qanunun aliliyi və insan hüquqlarına hörmət çərçivəsində dialoq vasitəsilə mövcud problemlərin sülh yolu ilə həllinə dair mövqeyinə görə BMT-nin baş katibinə təşəkkür edib", - ölkə başçısının saytında yerləşdirilən məlumatda qeyd olunub.

Tərəflər həmçinin regional problemlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə ediblər.