Tamaşaçı: Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün bütün şərait yaradılıb


Digərləri 27 Apr 2018 19:44:00 257 0

Tamaşaçı: Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün bütün şərait yaradılıb

Azərbaycanda idmana böyük diqqət ayrılır.

Son.az bildirir ki, bunu Trend-ə  Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını izləyən tamaşaçı Rəna Cabbarova deyib.

Tamaşaçı deyib: "Bir baxın, Milli Gimnastika Arenası necə gözəldir! Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsi, eləcə də yaxşı idmançılar yetişdirilmsəi üçün gözəl şərait var".

Daha sonra xanım tamaşaçı əlavə edib ki, onun qızı da gimnastika ilə məşğul olur: "Qızım da gimnastika ilə məşğul olur, ona görə çalışırıq ki, idman tədbirlərini buraxmayaq. Bu yarışın təşkili isə çox yüksəkdir, qonaqları çox hərarətlə qarşılayırlar".

R.Cabbarovanın sözlərinə görə, Azərbaycan yığmasına azarkeşlik edir və onlara bu Dünya Kuboku yarışlarında uğur arzu edir: "Qızım məşhur gimnastların çıxışlarına baxır, onlara bənzəmək, uğurlar qazanmaq istəyir".