Tamaşaçı: Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı keçir


Digərləri 27 Apr 2018 19:20:00 230 0

Tamaşaçı: Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı keçir

Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı və intizamlı keçir.

Son.az bildirir ki, bunu Trend-ə tamaşaçı Nelli Kuzmiçeva deyib.

N.Kuzmiçeva təşkilatçılara təəkkürünü bildirib:

"Nəvəm iki ildir ki, gimnastika ilə məşğul olduğu üçün mən Milli Gimnastika Arenasındakı yarışlara tez-tez gəlirəm. Bu gün nəvəm açılış mərasimində iştirak edəcək".

Onun sözlərinə görə, ölkədə bu cür idman tədbirlərinin keçirilməsi çox vacibdir, çünki bu yarışlar uşaqlarda idmana maraq oyadır.

Tamaşaçı həmçinin vurğulayıb ki, Azərbaycan gimnastlarına azarkeşlik edir, eləcə də Rusiya və Ukrayna gimnastlarının çıxışlarını bəyənir.