Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə (FOTO)


Digərləri 27 Apr 2018 19:26:00 214 0

Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə (FOTO)

Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün Türkiyədə səfərdədir.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün Türkiyədə səfərdədir. Teatrdan Trend-ə verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq. Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.