Göygöldə kənd turizmi və otelin yaradılması üzrə investisiya layihələri təqdim olunub (FOTO)


Digərləri 27 Apr 2018 18:59:00 203 0

Göygöldə kənd turizmi və otelin yaradılması üzrə investisiya layihələri təqdim olunub (FOTO)

Göygöldə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu aprelin 27-də Göygöl rayonunda keçirib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq, bal emalı və qablaşdırılması, habelə süd emalı müəssisələrinin, cins heyvandarlıq kompleksinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, kənd turizmi və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 364,5 milyon manat olan 269 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.