Formula 1: İkinci sərbəst yürüşü Daniel Rikkardo lider kimi tamamladı


İdman 27 Apr 2018 18:48:00 293 0

Formula 1: İkinci sərbəst yürüşü Daniel Rikkardo lider kimi tamamladı

Formula 1 üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş yekunlaşıb.

Goal.az xəbər verir ki, Hökumət Evi qarşısından başlayan mübarizəyə 20 pilot qatılıb. İkinci yürüşü "Red Bull"un pilotu Daniel rekordu lider kimi tamamlayıb - 1:42.795. Kimi Raikönan (1:42.864) ikinci, Danielin komanda yoldaşı Verstappen isə üçüncü (1:42.911) olub.

İlk yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas ən yaxşı göstəriciyə imza atıb. Finlandiyalı pilot 1 saat 44 dəqiqə 42 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. 

Qeyd edək ki, aprelin 28-i saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.