Şəkidə "Qazel" aşdı: sürücünün vəziyyəti ağırdır VİDEO FOTO


Digərləri 27 Apr 2018 18:42:00 288 0

Şəkidə "Qazel" aşdı: sürücünün vəziyyəti ağırdır  VİDEO  FOTO

Saat 14:00 radələrində Şəki-Qax yolunun 24-cü kilometrliyində Şəkinin Biləcik kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, Şəkinin Kiş kənd sakini sürücü Aqil Abdullayevin idarə etdiyi 90-JL-318 dövlət nömrə nişanlı "Qazel" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və Böyük Dəhnə kənd sakini Qaya Mikayılov xəsarət alıblar.

Hadisə yerinə Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iki maşını cəlb edilib. Yaralılar dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyəti ağır, sərnişinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.


Xəbərə aid fotolar