Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edildi


Digərləri 27 Apr 2018 17:45:00 394 0

Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

Son.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.