Teymur Rəcəbov heç-heçə oynadı


İdman 27 Apr 2018 17:28:00 317 0

Teymur Rəcəbov heç-heçə oynadı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VIII turun görüşlərində ilk heç-heçə qeydə alınıb. Goal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə "sülh" bağlayıb. Görüş 40-cı gedişdə yekunlaşıb. Hazırda Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç), Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) görüşləri davam edir. Teymur Rəcəbovun əvvəlki 7 oyunu da heç-heçə ilə yekunlaşıb.