ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb


Digərləri 27 Apr 2018 17:17:40 179 0

ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb

"Ola bilsin, biz qocalmışıq, amma mahnı yenidir"

İsveçin məşhur ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə kvartetin rəsmi "Instagram" hesabında məlumat verilib.

"Dördümüz də 35 ildən sonra səylərimizi yenidən birləşdirməyin maraqlı olacağını düşündük və səsyazma studiyasına yollandıq. Ola bilsin, biz qocalmışıq, amma mahnı yenidir. Və bu, yaxşıdır!", - müğənnilər hesab edirlər.

Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə yaradılıb. On ildən sonra kvartet dağılıb. Bu müddətdə qrup tarixin ən məşhur pop-qruplarından birinə çevrilib.