PSG-nin baş məşqçisi istefa verdi


İdman 27 Apr 2018 17:09:00 291 0

PSG-nin baş məşqçisi istefa verdi

Unay Emeri cari mövsümün sonunda Fransanın PSG futbol klubunun baş məşqçi postunu tərk edəcək. 

Goal.az xəbər verir ki, ispan mütəxəssisin mətbuat konfransında bu barədə açıqlama verib. O, klub rəhbərliyinə, azarkeşlərə və bütün futbolçulara təşəkkürünü bildirib. 

Qeyd edək ki, Unay Emeri PSG-yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt komandası cari mövsüm Fransa çempionluğu, habelə ölkə Kuboku və Liqa Kuboku, 2 dəfə ölkə Super Kubokunu qazanıb.