Orfoqrafiya Komissiyasının İşçi qrupu işini yekunlaşdırıb


Sosial 27 Apr 2018 16:55:13 276 0

Orfoqrafiya Komissiyasının İşçi qrupu işini yekunlaşdırıb

Dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib

Tədbirdə AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb və bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İşçi qrupu öz işini yekunlaşdıraraq Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, dörd ay müddətində komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.