Andres İniesta qərarını açıqladı


İdman 27 Apr 2018 15:42:00 338 0

Andres İniesta qərarını açıqladı

Barcelona-nın futbolçusu Andres İniesta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Goal.az xəbər verir ki, 34 yaşlı futbolçu mətbuat konfrasında klubla vidalaşacağını deyib: "Mən Barcelona-dan ayrılacağımı rəsmi şəkildə elan etmək istəyirəm. Bu, komandada son mövsümümdür. Uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdim".

Andres İniesta Barcelona yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 İspaniya çempionu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 UEFA Superkubokunun qalibi olub.