Moskvada terror aktları törətməyə çalışan dörd İŞİD üzvü saxlanılıb


Dünya 27 Apr 2018 15:58:15 261 0

Moskvada terror aktları törətməyə çalışan dörd İŞİD üzvü saxlanılıb

Onların fəaliyyətinin koordinasiyası "Telegram" mesenceri vasitəsilə Suriya ərazisindən həyata keçirilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İŞİD terror qruplaşmasının dörd üzvünü saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onlar Moskva vilayətində bir sıra terror hücumları törətməyi planlaşdırıblarmış.

İstintaq zamanı müəyyən edilib ki, bu qrup Moskvaya Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərindən gəlib.

Məlumata görə, onların fəaliyyətinin koordinasiyası "Telegram" mesenceri vasitəsilə Suriya ərazisindən həyata keçirilib.