XİN: Azərbaycan Cənubi və Şimali Koreya arasında danışıqları alqışlayır


Digərləri 27 Apr 2018 15:46:00 209 0

XİN: Azərbaycan Cənubi və Şimali Koreya arasında danışıqları alqışlayır

Azərbaycan Cənubi Koreya və Şimali Koreya arasında danışıqları alqışlayır

Bakı. Ləman Zeynalova - Azərbaycan Cənubi Koreya və Şimali Koreya arasında danışıqları alqışlayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb. H.Hacıyev bildirib: “Biz Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli görüşü alqışlayırıq və ümid edirik ki, danışıqlar Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin