Tamaşaçı: "Azərbaycan gimnastlarına uğurlar arzu edirəm"


Digərləri 27 Apr 2018 15:33:00 226 0

Tamaşaçı: "Azərbaycan gimnastlarına uğurlar arzu edirəm"

"Mənə bədii gimnastika üzrə Dünya Kubokunun necə keçəcəyi maraqlı oldu, ona görə böyük məmnuniyyətlə Milli Gimnastika Arenasına gəldim".

Son.az xəbər verir ki, bunu Trend-ə tamaşaçı Lalə Əhmədova deyib.

O qeyd edib ki, bu cür iri yarışa ilk dəfə gəlir:

"Mənim övladım da gimnastika ilə məşğul olur və mən onu çıxışlara baxmağa gətirmək istəyirəm".

L.Əhmədova Azərbaycan gimnastlarına Dünya Kubokunda uğurlar arzulayıb.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.