Azərbaycan XİN Cənubi Koreya və KXDR liderlərinin görüşünü alqışlayıb


Siyasət 27 Apr 2018 15:22:03 252 0

Azərbaycan XİN Cənubi Koreya və KXDR liderlərinin görüşünü alqışlayıb

Hikmət Hacıyev: "Məsləhətləşmələrin Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid edirik"

"Koreya Respublikası iləKoreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli görüşü alqışlayırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Məsləhətləşmələrin Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid edirik", - H.Hacıyev bildirib.