Türkiyənin tanınmış ixtiraçısı Bakıya gəlir


Digərləri 27 Apr 2018 15:19:00 236 0

Türkiyənin tanınmış ixtiraçısı Bakıya gəlir

"ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı, İstanbul Şehir Üniversitetinin maliyyə dəstəyi, Edex və lB Clubun təşkilatçılığı ilə may ayının 9-da Türkiyənin tanınmış iş adamı ixtiraçı, yazar Ataman Özbayın ölkəmizdə "Hayat, Mutluluk, Başarı" adlı seminarı baş tutacaq. İş adamı öz uğur hekayəsini iştirakçılarla bölüşəcək.

Qeyd edək ki, Ataman Özbay Türkiyədə ilk sulu salfetkanın və onun istehsalını həyata keçirən aparatın yaradıcısıdır. Bundan sonra Özbay dünyada ilk dəfə mentollu sulu salfetka,rəngli asiton, göz təmizləmə bandı, saç yuma bonesi kimi bir çox məhsulun ixtiaçısı kimi tanınır.

Tanınmış iş adamı Şelale, Premax, Lemonni, Uni Wipes, Uni Med, Uni Baby, Mentholix, Wogi, Woc, Comfort, Uni Care kimi şirkət və markaların yaradıcısıdır.

Özbay həmçinin "7 Yaşımda Bindiğim Kamyonun Frenleri Patladı Hayata Yuvarlandım", "AŞK BU -Başarı ve Mutluluğun Sırrı -Değerlerle Yönetmek" kimi kitabların da müəllifidir.