Musiqi məktəbinin şagirdləri Fəxri Fərmanlarla təltif ediliblər


Kriminal 27 Apr 2018 14:54:00 412 0

Musiqi məktəbinin şagirdləri Fəxri Fərmanlarla təltif ediliblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində baş tutan görüşdə V.Zeynalov M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 95 illiyinə həsr olunmuş konsertdə məktəbin şagirdlərinin uğurlu çıxışlarını xüsusi qeyd edib. Sonra V.Zeynalov məktəbin şagirdlərini Fəxri Fərmanlarla təltif edərək kollektivə gələcək fəalliyətində uğurlar arzulayıb.