​Tıxaclardan necə xilas olaq?


Digərləri 27 Apr 2018 14:04:00 272 0

​Tıxaclardan necə xilas olaq?

ARB TV-nin "Günə doğru" verilişində tıxaclar barədə süjet efirə gedib.

Dünyanın bütün meqapolislərində nəqliyyat sıxlığı var desək, yanılmarıq. Tıxacları aradan qaldırmaq üçün Bakının bir çox yerində tunellər və yol ötürücüləri tikilsə də, hələ də problemi tam aradan qaldırmaq mümkün olmayıb. Ərşad Hüseynov (Ekpert): "Dünya ilə müqayisədə bizdə avtomobil istifadəsi 4 dəfə azdır. Amma bu, artan templə gedir. İndidən ölçü götürmək lazımdır". Bu kimi halların qarşısını almaq üçün müxtəlif fikirlər səsləndirilir. Millət vəkili Elmira Axundovanın paytaxtın nəqliyyat yükünün azaldıması üçün ali təhsil ocaqlarının köçürülməsini təklif edir. Elmira Axundova (Millət vəkili): "Universitetlər Bakıdan çıxarılmalıdır. Sumqayıt, Qəbələ, Şəkiyə köçürmək olar. Amma orda komplekslər yaradılmalıdır. Həmçinin məktəblərin də xüsusiləşdirilməsinə nəzarət edilməlidir. Yeni Yasamal sakinləri Yasamalda, Binəqədi isə öz rayonundakı məktəbə getməlidir. Buna da böyük ehtiyac var". Tıxac məsələsinin köklü həlli üçün, irəli sürülən təkliflər arasında növbətli iş sisteminin tətbiqi də var. Bundan başqa, Bakı ilə yol infrastrukturu oşxar olan şəhərlərdə icra olunan layihələri öyrənmək, onların yerli modelinin hazırlanması da həll üsulları kimi təklif olunur. Hüseyn Abdullayev (Nəqliyyat üzrə mütəxəssis): "Biz Avropa modelini Azərbaycana gətirməliyik. İctimai nəqliyyatı köklü şəkildə inkişaf etdirməliyik. Kütləvi avtomobil şəhəri kimi istifadə imkanlarımız yoxdur". Ərşad Hüseynov (Ekpert): "Parklanma ilə bağlı yenilik tətbiq etmək lazımdır. Müəyyən küçələr var ki, onları hərəkətə daxil etmək lazımdır. Axın çox olan küçələrdə yeni nizamlanma işləri aparılmalıdır". Hazırda Bakıda tıxacların önlənməsini üçün bir sıra küçələrdə genişləndirmə işi aparılır. Yeni salınan dairəvi yollarla nəqliyyat sıxlığının azaldılması planlaşdırılır. Bu işlər BNA və AAY DA tərəfindən icra edilir. Yeniliklər içərisində dəmiryol xəttləri, tramvay və tralleybus parklarının yaradılması da gözlənilir. Bu işlər yaxın 4 ildə nəzərdə tutulur. Və həmin layihə Bakıətrafı kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı qəbul olunan təklif içərisindədir.


Xəbərə aid foto