77 yaşlı din xadimi 16 yaşlı qızı zorlayıb


Dünya 27 Apr 2018 13:18:00 257 0

77 yaşlı din xadimi 16 yaşlı qızı zorlayıb

Hindistanın şimal-qərbindəki Rajasthan əyalətətinin məhkəməsi sosial şəbəkələrdə dünyada təxminən 40 milyondan çox abunəçisi olduğu iddia edilən bir qurunu (din xadimi) əxlaqsız hərəkətdə günahkar hesab edib.

Belə ki, Asaram Bapu adlı 77 yaşlı quru 2013-cü ildə Codpur şəhərində "müalicə etmək" məqsədilə otağına çağırdığı 16 yaşlı bir qızı zorladığı üçün ömürlük həbs cəzasına məhkum ediləcək. Zərərçəkmişin vəkili Utsav Bains Asaramın ömürlük həbs cəzasına məhkum olunmasını gözlədiyini bildirib, amma əlavə edib: "Zərərçəkmiş qızın və ailəsinin keçirdiyi travmanın əvəzi heç bir cəza ilə ödənilə bilməz".

Son.az bizimyol-a istinadən xəbər verir ki, Codpur şəhərində qurunun tərəfdarların;n keçirm'k ist'dikl'ri etiraz aksiyalarının zorakılığa çevrilə biləcəyi üçün məhkəmə günü ciddi təhlükəsizlik tədbirləri alınıb. Belə ki, Hindistanın ən populyar dini liderlərindən olan Qurmeet Ram Rahim Sinkxin ötən il zorlama ittihamı ilə məhkum edilməsindən sonra başlayan etiraz aksiyasında ən azı 23 nəfər ölmüşdü.